Ronaldo ilki bacardı, amma yenə kuboksuz qaldı
Rəqibinə oyunsonrası penaltilər seriyasında Ronaldonun "Al Nassr" klubuna qalib gələn "Al Ahli" Səudiyyə Ərəbistanı Superkubokunun qalibi oldu!
90plus.az xəbər verir ki, 40 yaşlı Ronaldo futbol tarixində ilk oyunçu oldu ki, karyerası ərzində 4 fərqli klubun və milli komandanın heyətində 100-dən artıq qol vurmağı bacardı.
Al Nassr 2-2 Al Ahli
Penaltilər: 3-5
Ronaldo 41'
Kessie 45+6'
Brozovic 88'
İbanez 89'
Portuqaliyalı ulduz, bununla da, dörd müxtəlif klubda 100 və ya daha çox qol vuran ilk futbolçu kimi tarixə düşüb. O, "Real Madrid"in heyətində 438 qarşılaşmada 451, "Mançester Yunayted"də 346 matçda 145, "Yuventus"da isə 134 oyunda 101 dəfə rəqib qapılarını dəqiq nişan alıb.
Ronaldo gümüş medalla təltif olundu. Onun üçün "Al Nassr" lənəti davam edir...
Portuqaliyalı ulduz futbolçu "Al Nassr" forması ilə ardıcıl 3-cü finalında da kubok qazana bilmədi.
© Copyright 2026, All Rights Reserved