Anhel Di Mariyadan milliyə “kuboklu əlvida”!
Argentina millisinin 36 yaşlı yarımmüdafiəçisi Anhel Di Mariya millidəki karyerasını bitirib.
90plus.az xəbər verir ki, gecəyarısı Amerika Kubokunun finalında Kolumbiya ilə final oyunu (1:0) Di Mariya üçün millidə sonuncu oyun olub. O, göz yaşı töküb və azarkeşlərlə vidalaşıb.
Di Mariya 2008-ci ildən forma geyindiyi Argentina millisində 145 oyuna çıxıb, 31 qol vurub. Qazancı:
Üç ardıcıl finalda qol vuran oyunçu;
2 qat “Copa America”nın qalibi;
1 dəfə Dünya Kubokunun qalibi;
1 dəfə Finalissimanın qalibi.
Hazırda "Benfika"da çıxış edir.
A. Di Mariya çempion olduqları matçdan sonra: “Milli komandadan belə ayrılmaq mənim arzum idi. Argentina mənim sevgim və ölkəmdir. Hər kəsə təşəkkür edirəm”.
© Copyright 2026, All Rights Reserved