"Əl-Nəsr" Ronaldodan narazı qalıb
Kriştiano Ronaldonun "Əl-Nəsr"dəki gələcək fəaliyyəti qeyri-müəyyən olaraq qalır.
90plus.az xəbər verir ki, 40 yaşlı forvardın son davranışları klub rəhbərliyinin onunla bağlı qərarında tərəddüdlərə səbəb olub.
Səudiyyə Ərəbistanı Pro Liqasının 30-cu turunda "Əl-İttihad" qarşısında alınan 2:3 hesablı məğlubiyyətdən sonra Ronaldonun sərgilədiyi davranışlar rəhbərliyin narazılığına səbəb olub. Oyunun bitməsindən dərhal sonra portuqaliyalı ulduz futbolçu soyunma otağına getmək əvəzinə, emosional hərəkətlər göstərərək birbaşa stadiondan uzaqlaşıb.
Əvvəlcə Ronaldo ilə "Əl-Nəsr" arasında müqavilənin iki il daha uzadılması ilə bağlı razılıq əldə olunmuşdu, lakin hazırkı vəziyyət bu razılığı sual altına alıb.
Qeyd: Ronaldo 2023-cü ildən "Əl-Nəsr" klubunun heyətində çıxış edir və onun müqaviləsi cari ilin iyunun 30-da başa çatır.
© Copyright 2026, All Rights Reserved