“Lakazetəm” deyib 200 min avro mənimsədi
ŞOK HADİSƏ: Lakazettənin adı ilə 200 min avro mənimsənildi.
90plus.az xəbər verir ki, Fransada futbol dünyasını təəccübləndirən qalmaqallı hadisə baş verib. “Lion”un hücumçusu Aleksandr Lakazettənin adı ilə dələduzluq edildiyi məlum olub.
Məlumata görə, Nitsa şəhərində yaşayan 40 yaşlı şəxs saxta şəxsiyyət sənədlərindən istifadə edərək futbolçunun adından Fransanın sosial təminat qurumu olan CAF-dan ümumilikdə 200 min avro vəsaiti mənimsəyib.
Hadisənin ən maraqlı tərəfi isə dələduzun necə yaxalanmasıdır. Belə ki, o, aldığı sosial yardımın (RSA) dayandırılmasından şikayət etmək üçün şəxsən CAF ofisinə müraciət edib. Məhz bundan sonra onun kimliyi ilə bağlı şübhələr yaranıb və hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Hazırda hadisə ilə bağlı araşdırmalar davam edir. Bu qalmaqal Fransada sosial təminat sistemində təhlükəsizlik məsələlərini də yenidən gündəmə gətirib.
© Copyright 2026, All Rights Reserved