“Bu stil… sadəcə mənəm. Rayan Şerki və başqa heç kim”
Şerki: “Futbol mənim üçün sənətdir” – fransız ulduzdan səmimi açıqlama gəldi.
90plus.az xəbər verir ki, Fransa futbolunun parlayan istedadlarından biri olan Rayan Şerki futbola baxışı və oyun üslubu ilə bağlı diqqətçəkən fikirlər səsləndirib.
Gənc yarımmüdafiəçi futbolu sadəcə idman növü kimi deyil, sənət kimi gördüyünü bildirib:
“Futbol mənim üçün sənət kimidir. Musiqi kimidir, rəsm kimidir.
Əgər zövq alaraq oynamırsansa, nə daha yaxşı oynaya bilərsən, nə də həqiqətən nə istədiyini göstərə bilərsən.
Meydana çıxanda mənim yalnız bir istəyim olur: uşaqların, ataların, anaların – hər kəsin 90 dəqiqəlik həyatını unutması.
Bir çox insan mənim qədər şanslı deyil. Ona görə də meydana çıxanda məqsədim öz stilimi göstərmək və insanlara ‘Vau, bütün problemlərimi unutdum’ dedirtməkdir.
Bu stil… sadəcə mənəm. Sadəcə Rayan Şerki və başqa heç kim deyil.”
Şerkinin bu sözləri onun futbola olan sevgisini və fərqli oyun üslubunu bir daha ortaya qoyur. Gənc ulduz meydanda yalnız nəticə üçün deyil, həm də azarkeşlərə emosiyalar yaşatmaq üçün oynadığını açıq şəkildə göstərir.
© Copyright 2026, All Rights Reserved