“Man Siti - Arsenal” matçı təxirə salına bilər
"Arsenal"–“Mançester Siti” oyunu ilə bağlı qalmaqal iddiası – təxirə salınma tələbi var.
90plus.az xəbər verir ki, “Arsenal”ın İngiltərə Futbol Assosiasiyasına “Mançester Siti” ilə bazar günü keçiriləcək oyunun təxirə salınması üçün müraciət etdiyi bildirilir.
Məlumata görə, London klubu Çempionlar Liqasında çərşənbə günü oynadığı ağır matçdan sonra belə vacib çempionluq oyununa çıxmağı ədalətsiz hesab edir. Eyni zamanda “Mançester Siti”nin tam bir həftə istirahət və hazırlıq müddəti əldə etməsi də narazılıq yaradıb.
Premyer Liqa çempionluq mübarizəsinin ən kritik mərhələsinə daxil olduğu bir vaxtda bu vəziyyətin gərginliyi daha da artırdığı qeyd olunur.
Qeyd: Bu məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib və yalnız iddia xarakteri daşıyır.
"Mançester Siti" - "Arsenal" oyunu 19 aprel saat 19:30-a nəzərdə tutulub. Turnir cədvəli:
© Copyright 2026, All Rights Reserved