Lamin Yamalın 18 yaşı tamam oldu!
Lamin Yamal bu gün - 13 iyulda 18 yaşını qeyd edir və “Barselona”nın 10 nömrəli formasını geyinməyə hazırlaşır.
90plus.az xəbər verir ki, ispaniyalı ulduzun “Barselona” ilə yeni müqavilə uzadılması da bu tarixdən etibarən rəsmiləşir. Klub daha əvvəl Yamal ilə razılaşma əldə etmişdi ki, onun 2031-ci ilə qədər olan altı illik yeni müqaviləsi 18 yaşı tamam olduqdan sonra qüvvəyə minəcək.
Ansu Fatinin gedişindən sonra boşalan 10 nömrəli forma da Lamin Yamala veriləcək və bu dəyişiklik 2025/26 mövsümündən əvvəl baş tutacaq. Gənc vinger 2024/25 mövsümündə “Barselona”nın heyətində bütün turnirlər üzrə 18 qol vurub, 25 məhsuldar ötürmə ilə yadda qalıb və komandanın La Liqa çempionluğunda əsas pay sahibi olub.
Yamal 18 yaşını qeyd etdiyi 13 iyul tarixində yetkinliyə ilk addımını atır. Ad günündən öncə ondan hansı arzularının olduğunu soruşublar. Gənc futbolçu belə cavab verib:
“16 və 17 yaşımda sahib olduqlarımı yenidən istəyirəm, üstəlik çatışmayan bir titulu – Çempionlar Liqasını və Dünya Çempionatını.
Qarşıda neçə ilimin olduğunu düşünmürəm. İndi qalib gəlmək istəyirəm. ‘Barselona’ azarkeşlərinə deyirəm: mübarizə aparacağıq və əminəm ki, Çempionlar Liqası evə qayıdacaq”.
Yamalın 18 yaşına qədər olan statistikası və nailiyyətləri təsir edicidir:
© Copyright 2026, All Rights Reserved