Lionel Messi "İnter Mayami"yə qələbə qazandırdı, rekordunu yenilədi
MLS-də çıxış edən "İnter Mayami" Lionel Messinin iki qolu ilə "Neşvilli" 2:1 hesabı ilə məğlub edib. Argentina millisinin kapitanı bu qarşılaşmada da parlaq çıxışı ilə komandasına qələbə qazandırmaqla yanaşı, şəxsi rekordunu da bir qədər də irəli aparıb.
90plus.az xəbər verir ki, oyunun 17-ci dəqiqəsində hesabı açan Messi komandasını önə keçirib. İlk hissə bu hesabla başa çatıb. "Neşvilli" 49-cu dəqiqədə Hani Muxtarın qolu ilə bərabərliyi təmin etsə də, Messi 62-ci dəqiqədə yenidən səhnəyə çıxaraq yekun nəticəni müəyyənləşdirib – 2:1.
Bu qələbə ilə "İnter Mayami" xallarını 38-ə çatdırıb. "Neşvilli" isə 41 xalla yoluna davam edir.
Lionel Messi bu matçla birlikdə MLS-də ardıcıl 5 oyunda bir neçə qol vuran ilk futbolçu olaraq rekordunu təzələdi. O, son 5 liqa matçında ümumilikdə 10 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved