Luis Enrike Donarummanın əvəz olunmasından danışdı
PSJ-nin baş məşqçisi Luis Enrike yenidən Canluici Donnarummanı yeni transfer Lukas Şevalye ilə əvəzləməsindən danışıb.
90plus.az xəbər verir ki, Enrike bu barədə qəti danışıb:
“Belə qərarlar həmişə çətin olur. Mənim üçün bu qərarı vermək problem deyil, amma PSJ-dəki futbolçular barədə heç bir açıqlama vermyəcəm. Bu, məni maraqlandırmır”, – Enrike “Anje” ilə oyun öncəsi mətbuat konfransında bildirib.
“Oyunçu seçimimə görə edilən tənqidləri başa düşürəm. Amma biz sakitik, rahatıq. Hara getmək istədiyimizi bilirik və bu, mənim üçün ən vacib məsələdir”, – deyə o əlavə edib.
Qeyd: Donnarumma hələ də PSJ-dən ayrılmaq üçün danışıqlar aparır. Onun xidmətində ən çox maraqlı olan klub isə “Mançester Siti”dir.
© Copyright 2026, All Rights Reserved