Luis Enrike Qvardiolanın tərəfini tutdu
PSJ-nin baş məşqçisi Luis Enrike 2024/25 mövsümündə zəif çıxışına görə tənqid olunan “Mançester Siti”nin çalışdırıcısı Pep Qvardiolanı qətiyyətlə müdafiə edib.
90plus.az xəbər verir ki, Enrike bu sözləri deyib:
”Daha uğurlu vaxtlarım olub, jurnalistlər isə məni xeyli tənqid edirdilər. Hələ də çox səhvlərə yol verirəm, amma nəticə hər şeydən üstündür. Klublararası Dünya Çempionatının finalında maksimum güc ortaya qoymalıyıq.
“Man Siti” nümunəsini hamımız gördük. Bu komanda bütün titulları qazandı, sonra isə 10 oyunda uduzan kimi hamı onları sərt tənqid etməyə başladı. Qvardiola hələ də dünyanın ən yaxşı baş məşqçisidir, onu isə az qala məhv edirlər" (📰: AS).
© Copyright 2026, All Rights Reserved