Anelka maaş almadı deyə işdən ayrıldı
Türkiyənin 1-ci liqa təmsilçisi "Ümraniyespor" futbol klubunun baş icraçı direktoru Nikolas Anelka istefa verib.
90plus.az xəbər verir ki, bu haqda Anelka özünün sosial şəbəkə hesablarında məlumat verib. O, klubda zəif idarəçiliyin olduğunu, maaşların ödənilmədiyini qeyd edib.
Qeyd: Nikolas Anelka bu ilin yanvar ayında klubun baş icraçı direktoru vəzifəsinə təyin olunmuşdu.
© Copyright 2026, All Rights Reserved