Mahir "Roma"ya qarşı oynadı, "Roma" uddu
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Kayzerslautern” bu gün növbəti yoxlama oyununu keçirib.
90plus.az xəbər verir ki, Almaniyanın 2-ci Bundesliqa təmsilçisi hazırlıq çərçivəsində İtaliyanın “Roma” klubu ilə qarşılaşıb.
Mahir Emreli start heyətində meydana çıxıb, lakin ikinci hissənin əvvəlində – 46-cı dəqiqədə əvəz olunub.
Görüş “Roma”nın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
© Copyright 2026, All Rights Reserved