"Malmö"nün prezidenti: "Komandama inanıram"
”Malmö” klubunun prezidenti Anders Palsson UEFA Avropa Liqasının əsas mərhələsinin 2-ci turunda bu gün Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri oyun barədə danışıb.
90plus.az xəbər verir ki, isveçli funksioner komandasına inandığını bildirib:
”Bu gün bizi çox çətin oyun gözləyir. Buradan üç xalla qayıtmaq istəyirik. Komandama inanıram.
Rəqibimiz ilk turda “Tottenhem”ə qarşı səfər matçında yaxşı mübarizə apardı. Qol fürsətləri çox olsa da, dəyərləndirə bilmədilər. Sadəcə, həmin gün bəxt “Qarabağ”ın yanında deyildi.
“Qarabağ” komanda şəklində müxtəlif komponentlərdə yaxşı təsir bağışlayır. Sürətli oyunçuları var və bunun sayəsində hücumlara daha tez çıxırlar. Həmçinin böyük avrokubok təcrübəsinə sahibdirlər. Həqiqətən də “Qarabağ” çox keyfiyyətli komandadır.
Hər oyunda qalib gələ bilərik. Çünki komandanın Çempionlar Liqası, eləcə də Avropa Liqasında böyük təcrübəsi var. Bu gün də “Qarabağ”la oyunda ən yaxşı nəticə üçün çalışacağıq”.
Qeyd: "Qarabağ" - "Malmö" matçı 20:45-də start götürəcək.
© Copyright 2026, All Rights Reserved