"Man Yunayted" Eriki qovsa, onu sükanı arxasına gətirəcək
"Mançester Yunayted" pis gedişata son vermək üçün Erik Ten Haqla yolları ayırmağı planlaşdırır.
90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqasında cari turda "Mançester Yunayted" səfərdə "Vest Hem"ə məğlub. oldu. Matçdan sonra rəhbərlik Eriklə yolları ayırmağı düşünür.
Kluba yaxın şəxslərdən gələn xəbərlərə görə Erik Ten Haq gedəcəyi təqdirdə, köməkçi məşqçi Ruud Van Nistelrooy klubun sükanı arxasına gətiriləcək.
Qeyd: Van Nistelrooy "Mançester Yunayted"də hücumçu kimi çıxış edib və bundan əvvəl PSV-yə baş məşqçilik edib.
Mənbə: [Atletik]
© Copyright 2026, All Rights Reserved