"Mançester Yunayted"i gözləyən təhlükə: Puldan məhrum olacaqlar
Erik ten Hag rəhbərliyində mövsümə başlayan və alınan pis nəticələrə görə baş məşqçi dəyişikliyinə gedən "Mançester Yunayted" pis gedişi dayandıra bilmir.
90plus.az xəbər verir ki, Ruben Amorim ilə də gözləntilərin uzağında qalan İngilis nəhəngi, Premyer Liqada son altı matçında beş məğlubiyyət aldı.
Liqada alınan pis nəticələrdən sonra, "Mançester Yunayted" yeni il ilə birlikdə toparlanmaq və yenidən yuxarıya doğru irəliləmək istəyir.
Digər tərəfdən, "Man Yunayted"in liqanın alt sıralarına düşməsi ilə bağlı ehtimalları müzakirə olunur, bu vəziyyətin yaradacağı maliyyə problemləri isə gündəmə gəlib.
"Telegraph"da yer alan xəbərə görə, "Mançester Yunayted"in mövsüm sonunda bir alt liqaya düşməsi halında forma tədarükçüsü "Adidas"ın müqaviləni ləğv edə biləcəyi bildirilir.
"Adidas"la 10 il üçün 900 milyon dollarlıq müqaviləsi olan "Manchester United" üçün digər bir ehtimal isə müqavilədəki ödənişin yarıya endirilməsidir.
"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim, Old Trafford'da "Nyukasl Yunayted"ə məğlub olduqları matçdan sonra etdiyi açıqlamada, aşağı liqaya düşmə ehtimallarının olduğunu və komandanın böyük bir şok təsirinə ehtiyacı olduğunu vurğuladı.
Premyer Liqada bu mövsüm 19 matçın sonunda 22 xal toplayan "Mançester Yunayted" 14-cü sırada yer alır. Aşağı Liqaya düşmə xəttində olan 18-ci sıradakı "Ipsviç Taun" isə 15 xala sahibdir.
© Copyright 2026, All Rights Reserved