"Mançester Yunayted"dən rəsmi açıqlama: Altay Bayındır ilk 11-də
İngiltərə Premyer Liqasının növbəti turunda "Mançester Yunayted" doğma meydanda "Vest Hem Yunayted" klubunu qəbul edəcək.
90plus.az xəbər verir ki, "Mançester Yunayted" klubundan verilən rəsmi məlumata görə, Altay Bayındır bu qarşılaşmaya start heyətində başlayacaq. Bu mövsüm 8 oyunda forma geyinmiş 26 yaşlı qolkiper həmin görüşlərdə qapısında 16 qol görüb, 2 matçı isə qolsuz tamamlayıb.
Tarixinin ən zəif mövsümlərindən birini keçirən "Mançester Yunayted" 6 oyunluq qələbəsizlik seriyasına son qoymaq niyyətindədir. Avropa Liqasının finalına vəsiqə qazanan komanda eyni uğuru Premyer Liqada da təkrarlamaq istəyir.
Digər tərəfdən, "Vest Hem Yunayted" hələ də məşqçi dəyişikliyinin müsbət təsirini hiss edə bilmir və turnir cədvəlində aşağı pillələrdən uzaqlaşmaq üçün vacib xal axtarır.
"Mançester Yunayted": Altay, Mazraoui, Mount, Bruno, Hoylund, Yoro, Amad, Şou, Uqarte, Mainu, Amass
"Vest Hem Yunayted": Areola, Soufal, Todibo, Kilman, Kressvell, Van-Bissaka, Rodrigez, Vard-Prous, Soucek, Bouen, Kudus
© Copyright 2026, All Rights Reserved