Marta milliyə qayıtdı
Dünya qadın futbolunun ən tanınmış adlarından biri olan Marta Braziliyanın Yaponiya ilə qarşılaşacağı heyətinə daxil edilib.
90plus.az xəbər verir ki, o, keçən yay Olimpiadadan sonra millidən getdiyini açıqlasa da, o vaxtdan qərarını dəyişib.
Baş məşqçi Artur Elias Braziliya millisində bütün zamanların ən yaxşı bombardiri 39 yaşlı Martanın Yaponiya ilə yoldaşlıq oyunu üçün komandaya çağırıldığını açıqlayıb.
Bütün zamanların ən böyük qadın oyunçularından biri kimi tanınan Marta Olimpidanın gümüş medalını qazandığı 2024-cü il Paris Oyunlarından sonra millidəki mövqeyini tərk edəcəyini açıqlamışdı.
© Copyright 2026, All Rights Reserved