Mbappe "Qızıl buts"a iddialılar arasına girdi
Kilian Mbappe "Qızıl buts" mübarizəsində 3-cü pilləyə yüksəldi.
90plus.az xəbər verir ki, "Real Madrid"in fransalı hücumçusu La Liganın 35-ci turunda "Barselona" ilə matçda (3:4) het-trik etməklə çempionatdakı qollarının sayını 27-yə çatdırdı.
"Qızıl buts" reytinqində Portuqaliya liqasında hər vurulan qola 1.5, TOP-5 ölkələrində isə 2 xal verilir. Beləliklə, Viktor Gyökeresin hazırda 57, Salahın isə 56 xalı var.
© Copyright 2026, All Rights Reserved