Mbappe: "Qızıl top" Dembelenin haqqıdır"
Kilian Mbappe Usman Dembelenin "Qızıl top"un qalibi olmasını istəyir.
90plus.az xəbər verir ki, o, həmyerlisini bu mövzuda dəstəklədiyini açıq şəkildə dilə gətirib:
"Mən ”Qızıl top" səsverməsində kimi seçərdim? Bunu izah etməyə ehtiyac var? Dembele və Yamal haqda danışırıq. Mən də Dembeleni seçirəm. Hər şey çox sadədir.
Ən yaxşı formada yenidən nə vaxt olacağam? Dəqiq cavab vermək çətindir, riyaziyyatçı deyiləm. Yanvardan özünü yaxşı hiss edirəm, yaxşı çıxış edirəm. İdeal oyunu göstərməsəm də, yüksəlişdəyəm. Bu, sevindirir. Əsas məsələ titullar qazanmaqdır. Qarşıda hələ turnirlər var. Klublararası Dünya Çempionatı çox vacibdir".
© Copyright 2026, All Rights Reserved