Memfis Depayın Hollandiya millisində yubiley oyunu
Memfis Depay İspaniya millisinə qarşı oyunda öz ölkəsinin komandasında 100-cu matçına çıxır.
90plus.az xəbər verir ki, UEFA Millətlər Liqasının pley-off mərhələsində İspaniya öz evində Hollandiyanı qəbul edir. Görüş qonaqların hücumçusu Memfis Depay üçün əlamətdar olub. Belə ki, o, Hollandiya millisində 100-cü matçına çıxır. Memfisə Hollandiya millisinin tarixində bombardir olmaq və Van Persini keçmək üçün 4 qol lazımdır.
Qeyd: Hollandiya millisində ən çox oyuna Uesli Sneyder çıxıb. O, narıncı formanı 131 dəfə geyinib.
© Copyright 2026, All Rights Reserved