“Messi Cam” aktivləşir
Messi azarkeşlərinə xoş xəbər: “Messi Cam” geri qayıdır!
90plus.az xəbər verir ki, futbolsevərləri sevindirəcək yenilik – Lionel Messinin iştirak etdiyi matçlarda məşhur “Messi Cam” yenidən aktiv olacaq. 2 avqustdan etibarən ulduz futbolçunun meydandakı hər hərəkətini anbaan izləyən xüsusi kamera işə salınacaq və bu görüntülər TikTok platformasında yayımlanacaq.
“Messi Cam” layihəsi ilk dəfə Messinin MLS-ə keçidindən sonra sınaqdan keçirilmiş və azarkeşlər arasında böyük maraq doğurmuşdu. Bu sistem vasitəsilə oyun ərzində yalnız Messiyə fokuslanan çəkilişlər təqdim olunur — o, topda olsun, ya da olmasın, hər addımı lentə alınır.
MLS-in bu addımı həm Messinin qlobal populyarlığını daha da artırmaq, həm də sosial şəbəkə izləyiciləri ilə birbaşa əlaqəni gücləndirmək məqsədi daşıyır. TikTok-un real vaxt paylaşımlar və qısa videolar formatı da bu layihənin populyarlığını daha da artıracağı gözlənilir.
© Copyright 2026, All Rights Reserved