Messinin 860-cı qolu "Inter Mayami"ni məğlubiyyətdən xilas edə bilmədi
Amerika MLS liqasının növbəti turunda "Inter Mayami" səfərdə "Minnesota Yunayted" klubunun qonağı olub. Qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
90plus.az xəbər verir ki, oyunun ilk hissəsində "Inter Mayami" iki cavabsız qolla geri düşüb. İkinci hissənin əvvəlində isə ulduz futbolçu Lionel Messi 48-ci dəqiqədə komandasının yeganə qoluna imza ataraq fərqi azaldıb. Lakin bu qol komandasını məğlubiyyətdən qurtara bilməyib.
Bu, Messi-nin peşəkar karyerası ərzində vurduğu 860-cı qol olub. Argentinalı hücumçu bu nəticə ilə futbol tarixində ən çox qol vuran oyunçular arasında yerini daha da möhkəmlədib.
© Copyright 2026, All Rights Reserved