Messidən növbəti şou: 2 qol, 1 assist – Ronaldo geridə qaldı!
MLS-də mövsümün ən parlaq ulduzu olan Lionel Messi daha bir möhtəşəm performansla yadda qalıb.
90plus.az xəbər verir ki, bu səhər keçirilən qarşılaşmada “İnter Mayami” səfərdə “NY Red Bulls”u 5:1 hesabı ilə darmadağın edib. Komandanın qələbəsində əsas pay sahibi Leo Messi olub – 2 qol və 1 assist.
Argentinalı superulduz son 8 MLS oyununda ümumilikdə 13 qol və 5 assist ilə çıxış edib. Bu seriya çərçivəsində 6 fərqli matçda dubl edən Messi 18 qolla bombardirlər yarışında liderliyə yüksəlib.
Messinin son 8 matçda göstəriciləri belədir:
• 1 assist, 2 qol — NY Red Bulls
• 0 — Cincinnati
• 2 qol — Nashville
• 2 qol — New England
• 1 assist, 2 qol — Montréal
• 2 assist, 2 qol — Columbus
• 1 assist, 2 qol — Montréal
• 1 qol — Philadelphia Union
Bu məhsuldarlıqla yanaşı Messi daha bir mühüm rekorda imza atıb. O, penalti zərbələri istisna olmaqla vurulan qolların sayında əzəli rəqibi Kriştiano Ronaldonu geridə qoyub:
• Lionel Messi – 764 qol
• Kriştiano Ronaldo – 763 qol
36 yaşlı hücumçu hazırda həm fərdi, həm komanda səviyyəsində mövsümün ən məhsuldar futbolçularından biridir.
© Copyright 2026, All Rights Reserved