Messinin uğur seriyası bitdi!
Lionel Messinin MLS-dəki uğur seriyası başa çatıb.
90plus.az xəbər verir ki, “İnter Mayami” bu gecə səfərdə “Sinsinnati”yə 0:3 hesabı ilə uduzdu və argentinalı ulduz ardıcıl 6 oyunda dubl etməyə yaxın olsa da, bu dəfə qol vura bilmədi.
Messi son 5 qarşılaşmada hər oyunda iki qol vuraraq parlaq göstəriciyə imza atmışdı. Lakin bu dəfə “Sinsinnati”nin müdafiəsi onu neytrallaşdırmağı bacardı. İlk hissənin sonlarına yaxın iki real imkan əldə etsə də, onun bir zərbəsini müdafiəçi Lukas Engel blokladı, digərini isə qapıçı Roman Çelentano dəf etdi.
Bu nəticə ilə “İnter Mayami”nin 5 oyunluq qalibiyyət seriyası da sona çatdı və komanda Şərq Konfransında 5-ci pilləyə gerilədi.
© Copyright 2026, All Rights Reserved