Millinin düşərgəsinə belə qatıldı! FOTO-QALEREYA
Konate milli komandanın düşərgəsinə maraqlı formada qatıldı.
90plus.az xəbər verir ki, UEFA Millətlər Liqasında oynayacaq İsrail və Belçika matçları üçün toplanan Fransa milli komandasında maraqlı anlar yaşandı.
Parisdə bir araya gələn "Xoruzlar"da İbrahima Konate qeyri-adi geyimi ilə diqqət çəkdi.
25 yaşlı "Liverpul"lu müdafiəçi sirli şəkildə qara geyinmiş və başı tamamilə örtülü şəkildə milli komandanın düşərgəsinə qatıldı.
Konate-nin özünü qarşılayan jurnalistlərə "Mənim kim olduğumu bilmirsiniz?" deyə sual verməsi diqqət çəkdi. Daha sonra üzünü jurnalistlərə göstərən milli futbolçu, əyləncəli anlardan sonra düşərgəyə qatıldı.
© Copyright 2026, All Rights Reserved