Millinin sabiq hücumçusu aşağı liqa klubunda
İngiltərə yığmasının və “Liverpul”un keçmiş hücumçusu Endi Kerrol karyerasını İngiltərənin altıncı liqa təmsilçisində davam etdirəcək.
90plus.az xəbər verir ki, 36 yaşlı forvard “Dagenham & Redbridge” klubu ilə müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti rəsmi açıqlama yayıb. Kerrol ötən ay Fransanın “Bordo” klubunu tərk etmişdi.
Təcrübəli hücumçunun yeni klubla anlaşması 2028-ci ilin 30 iyununa qədər qüvvədə olacaq. Qeyd edək ki, Kerrol karyerası ərzində “Nyukasl”, “Liverpul”, “Vest Hem” və “Ridinq” klublarında da çıxış edib.
© Copyright 2026, All Rights Reserved