Millətlər Liqasında A divizionunun 1/4 finalçıları bəlli oldu
Millətlər Liqasının 2024/25 mövsümünün pley-off mərhələsinin bütün iştirakçıları müəyyənləşib.
90plus.az xəbər verir ki, qrup mərhələsinin yekunlarına əsasən, A Liqasından Portuqaliya və Xorvatiya (1-ci qrup), Fransa və İtaliya (2-ci qrup), Almaniya və Hollandiya (3-cü qrup), İspaniya və Danimarka (4-cü qrup) 1/4 finala yüksəlib.
Növbəti mərhələnin püşkatma mərasimi noyabrın 22-də keçiriləcək. 1/4 final görüşləri martın 20-25-də keçiriləcək.
Millətlər Liqasının hazırkı çempionu İspaniya millisidir.
© Copyright 2026, All Rights Reserved