Minifutbol: Qazaxlar uduzdular, gürcülərdən qələbə
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatı davam edir.
90plus.az xəbər verir ki, bu gün birinci turun sonuna gəlinib. Milli Gimnastika Arenasında ümumilikdə 8 qarşılaşma baş tutub. Günə Qana və İspaniya arasında oynanılan matçla start verilib. Görüş ispanların üstünlüyü ilə tamamlanıb. Monteneqro ilə Tailand arasında keçirilən oyun isə heç-heçə ilə yekunlaşıb – 1:1. Çexiya millisi isə Argentina üzərində 2:1 hesablı qələbə qazanıb.
Son dünya çempionatının finalçısı Qazaxıstan bu dəfə Polşa ilə qarşılaşıb. Görüşdə gözlənilmədən Şərqi Avropa təmsilçisi qalib gəlib.
ABŞ yığması isə Bosniya və Herseqovinaya uduzub. Gürcüstan və Serbiya komandaları yarışa 3 xalla başlamayıblar.
Dünya Çempionatı
Qrup mərhələsi
I tur – 22 may
E qrupu
14:00 – İndoneziya – Kosta Rika – 1:0
15:15 – Monteneqro – Tailand – 1:1
F qrupu
18:15 – Qazaxıstan – Polşa – 1:2
19:30 – ABŞ – Bosniya və Herseqovina – 2:4
G qrupu
16:30 – Çexiya – Argentina – 2:1
20:45 – Gürcüstan – BƏƏ – 2:0
H qrupu
12:45 – Qana – İspaniya – 0:3
22:00 – Serbiya – İsrail – 3:0
Qeyd: İlk turun digər səkkiz qarşılaşması 21 may tarixində baş tutub.
© Copyright 2026, All Rights Reserved