"Mən komandamıza hər şeyimi verdim" Sautqeyt
İngiltərə millisinin sabiq baş məşqçisi Qaret Sautqeyt vəzifəsindən getməsi barədə açıqlama verib.
90plus.az xəbər verir ki, Sautqeyt açıqlamasında belə qeyd edib:
“Qürurlu bir ingiltərəli kimi İngiltərədə oynamaq və məşqçilik etmək mənim üçün şərəfdir. Mən komandamıza hər şeyimi verdim. Ancaq dəyişikliyin və yeni bir səhifə açmağın vaxtıdır. Bazar günü Berlində İspaniyaya qarşı keçirilən Avro-2024-ün finalı mənim İngiltərə yığmasının baş məşqçisi kimi son oyunum oldu. 102 matçda böyük bir oyunçu qrupuna rəhbərlik etmək şərəfinə nail oldum. Onların hər biri millinin formasını fəxrlə geyinib. Almaniyaya apardığımız komanda gənc istedadlarla zəngin idi. Hər şey üçün sənə təşəkkür edirəm, İngiltərə".
Qeyd: Sautqeyt 2016-cı ildən İngiltərə komandasının baş məşqçisi idi. İngiltərə millisi bu müddət ərzində ümumilikdə 102 matç keçirib. İngiltərə Avro-2020-nin və Avro-2024-ün final mərhələlərində iştirak etsə də, hər iki həllediçi oyunda uduzub və çempionluğu əldən verib.
Fəaliyyəti:
102 oyun
64 qələbə
20 heç-heçə
18 məğlubiyyət
65,2% qalibiyyət nisbəti
əsas final
…0 kubok
© Copyright 2026, All Rights Reserved