Modriç Mourinyonu “dağ başına qoydu”
“Real Madrid”in əfsanəvi yarımmüdafiəçisi Luka Modriç karyerasının dönüş nöqtələrindən biri haqqında danışıb.
90plus.az xəbər verir ki, xorvatiyalı ulduz “Los Blankos”a keçidində Xose Mourinyonun həlledici rol oynadığını bildirib.
Modriç Football Italia saytına müsahibəsində belə deyib:
“Mourinyo “Real Madrid”ə transferimin əsas səbəbkarı olub. Onsuz yəqin ki, “Los Blankos”da oynaya bilməzdim. Klub o vaxt David Silva, Xuan Mata və Santi Kazorla kimi variantları nəzərdən keçirirdi. Xose isə rəhbərliyə ‘ya Luka, ya da heç kim’ dedi. Onun bu sözləri hər şeyi dəyişdi.”
Modriç həmçinin xüsusi bir təəssüfünü də dilə gətirib:
“Təəssüfləndiyim yeganə məqam Mourinyo ilə daha uzun müddət birlikdə işləyə bilməməyimdir.”
Xatırlatma: Modriç 2012-ci ildə “Tottenhem”dən Madrid klubuna transfer olunub və zamanla “Real Madrid” tarixinin ən uğurlu futbolçularından birinə çevrilib.
© Copyright 2026, All Rights Reserved