"Məqsədim qolu öz adıma yazdırmaq deyildi" Messi
Lionel Messi Kopa Amerikanın yarımfinal mərhələsində vurduğu 2-ci qol haqda açıqlama verib.
90plus.az xəbər verir ki, Messi açıqlamasında “Enzoya dedim ki, məqsədim qolu öz adıma yazdırmaq deyildi. Qapıçının tez irəli atıldığını və topun yavaş getdiyini gördüm. Qapıçı topu az qala xilas edəcəkdi. Ona görə topu başqa istiqamətə yönəltməyə çalışdım. Önəmli olan qol alındı və hesabı 2-0 edə bildik. Bu, bizi rahatlaşdırdı" - deyə qeyd edib.
Qeyd: Argentina-Kanada arasında keçirilən yarımfinal matçı Argentinanın 2-0 hesablı qələbəsi ilə yekunlaşıb.
© Copyright 2026, All Rights Reserved