Müller üçün son, Harri Keyn üçün ilk! Bu gün onlarınkı idi
Bu gün "Bayern Münhen" "Borussia Mönhenqladbax"ı 2-0 məğlub etdiyi matçda həm Bundesliqa çempionu kimi tituluna qovuşdu, həm də əfsanəsi Tomas Müllerlə 25 ildən sonra son ev oyununda vidalaşdı.
90plus.az xəbər verir ki, 13 dəfə - rekord sayda Bundesliqa tacını taxan "Bayern" oyundan öncə 35 yaşlı Müllerlə vida mərasimi təşkil etdi. Əfsanəvi Müller "Bayern"də 750-ci oyununa çıxmazdan öncə çiçəklər və fotosu ilə bütün kuboklarla tamamlanan tablodan, klub rəhbərləri ilə qısa vida mərasimindən həzz aldı.
O, tribunalara üzünü tutaraq: "Mən kədərlənmirəm. Bu anın gələcəyini hamımız bilirdik. Mən də daxil olmaqla, çoxları üçün çətin, lakin gözəl bir an. Mənə verdiyiniz qiymət əvəzsizdir."
Müller "Bayern"də:
750 oyun, 247 qol, 176 məhsuldar ötürmə, 12 Bundesliqa çempionluğu, 2 Çempionlar Liqası, 2 Klublararası Dünya Kuboku, 6 DFB Pokal, 2 UEFA Super Kuboku və 8 DFB Super Kuboku...
31 yaşlı Harri Keyn isə komanda yoldaşlarının ənənəvi pivə yağışı arasında, ilk kubokunu qazanmağın "inanılmaz hiss" olduğunu söylədi. "Bu, nəhayət ki, gəldi" dedi. "Azarkeşlərlə belə anları qeyd etmək üçün çoxlu zəhmət və fədakarlıqlar etməlisən. Hər şeydən əvvəl bizim əla komandamız və böyük məşqçimiz var."
Harri Keyn ilk tituluna qovuşdu - Bundesliqa çempionu oldu: 695 oyun, 448 qol və cəmi 1 kubok!
© Copyright 2026, All Rights Reserved