Nagelsmann: “Ronaldo hələ təhlükə mənbəyidir”
Yulian Nagelsmann: “Ronaldo hələ də təhlükə mənbəyidir”.
90plus.az xəbər verir ki, Almaniya milli komandasının baş məşqçisi Yulian Nagelsmann bu gün keçiriləcək UEFA Millətlər Liqasının yarımfinalında qarşılaşacaqları Portuqaliya millisinin lideri Kriştiano Ronaldo haqqında fikirlərini bölüşüb.
Nagelsmann Ronaldonun uzun illərdir davam edən möhtəşəm karyerasını vurğulayaraq, “Bu qədər müddətdə belə səviyyədə oynamaq qeyri-adi haldır. O, inanılmaz sayda qol vurub və çıxış etdiyi komandaların oyununa böyük təsir göstərib” deyib.
Baş məşqçi yaşına baxmayaraq, Ronaldonun hələ də rəqib qapısı qarşısında təhlükəli olduğunu və cərimə meydançasında hava mübarizələrində güclü olduğunu qeyd edib. “Biz daim diqqətli olmalıyıq”, – deyə Nagelsmann əlavə edib.
Bu gün saat 23:00-da başlayacaq matçda Almaniya Portuqaliya ilə qarşılaşacaq.
UEFA Millətlər Liqası – Yarımfinal
Bu qarşılaşma Almaniya üçün Millətlər Liqasındakı ilk finala yüksəlmə fürsətidir. Komanda əvvəlki mərhələlərdə İtaliyaya qarşı 5-4-lük ümumi hesabla qalib gələrək bu mərhələyə yüksəlib.
Portuqaliya isə turnirdəki ikinci çempionluğunu qazanmaq istəyir. Komanda, qrup mərhələsində Xorvatiya, Şotlandiya və Polşanı geridə qoyaraq birinci yeri tutub.
Matçın qalibi 7 iyun 2025-ci ildə Alyans Arenada keçiriləcək finalda ya İspaniya, ya da Fransa ilə qarşılaşacaq.
© Copyright 2026, All Rights Reserved