“Napoli” azarkeşləri Osimheni təhqir etdilər
Osimhenin “Qalatasaray”a transferi, əlavə bir problem çıxmasa, artıq gerçəkləşir. Belə olan halda "Napoli" azarkeşləri Viktor Osimhenə nifrət yağdırır.
90plus.az xəbər verir ki, “Napoli” azarkeşləri ayrılıq ərəfəsində Osimhen üçün ağır bir pankart da hazırlayıblar.
"Sarı-qırmızılılar"ın 25-ci çempionluğunda şübhəsiz əsas pay Osimhenin idi. İcarə müqaviləsinin başa çatmasından sonra yenidən “Qalatasaray”a dönmək istəyən Osimhen artıq demək olar ki, saatları sayır.
Bu müddətdə “Napoli”nin çılğın prezidenti De Laurentiisin mətbuatda və ictimaiyyətdəki nüfuzu səbəbilə Osimhen bir sıra xəbərin mərkəzində qaldı.
Bu müddət ərzində seçmədiyi “Əl-Hilal” və “Napoli” azarkeşlərindən də ciddi reaksiya görən Osimhen, “Qalatasaray”a getmək istədiyini söylədikdən sonra İtaliya azarkeşlərinin sərt münasibətilə qarşılaşıb.
“Qalatasaray” israrına görə qəzəblənən “Napoli” azarkeşləri nigeriyalı futbolçuya qarşı bir pankart açıblar.
Həmin pankartda Osimhenə “səfil” deyən “Napoli” azarkeşləri bu sözlərə yer veriblər:
“Osimhen, sənin həyatında həmişə cəhalət olacaq. Səfil! Bu klubda Maradonanın oynadığını əsla unutma!”
© Copyright 2026, All Rights Reserved