"Neftçi"-"Erzurumspor" qarşı-qarşıya
Türkiyədə 2024/2025 mövsümünə hazırlaşan "Neftçi" klubu bu gün növbəti yoxlama oyununu keçirəcək.
90plus.az xəbər verir ki, komanda Türkiyənin 1-ci liqa təmsilçisi "Erzurumspor"la üz-üzə gələcək. Qarşılaşma bu gün saat 18:00-da başlayacaq.
Qeyd: “Neftçi” bunadək 2 yoxlama oyunu keçirib. Klub daha öncə Superliqa təmsilçiləri “Alanyaspor”a (3:1) və “Sivasspor”a (2:1) qalib gəlib.
© Copyright 2026, All Rights Reserved