"Neftçi" "Ərzurumspor”la başabaş oldu
Türkiyədə 2024/2025 mövsümünə hazırlaşan "Neftçi" klubu bu gün 3-cü yoxlama oyununu keçirib.
90plus.az xəbər verir ki, "Neftçi" klubu Türkiyənin 1-ci liqa təmsilçisi "Ərzurumspor"la qarşı-qarşıya gəlib. Oyun 0:0 hesabı ilə nəticələnib.
Qeyd: “Neftçi” klubu bunadək 2 yoxlama oyunu keçirib. Klub daha öncə Superliqa təmsilçiləri “Alanyaspor”a (3:1) və “Sivasspor”a (2:1) qalib gəlib.
© Copyright 2026, All Rights Reserved