"Neftçi"nin müdafiəçisi: "Üstümüzdən ağır yük atdıq"
"Neftçi"nin müdafiəçisi Yuri Matias dünənki qələbədən sonra fikirlərini bölüşüb.
90plus.az xəbər verir ki, "Neftçi"nin müdafiəçisi qələbənin onlara bir stimul verdiyini bildirib:
“Qələbə sayəsində üzərimizdən böyük yük atdıq. Çətin dönəmlərdən keçirdik. Hər oyundan sonra evə qayıtmaq ağır idi. Ailə ilə söhbət etmək çətin olurdu.
Bu dövrü qələbə sayəsində geridə qoyduq. Əlbəttə, baş verənlər keçmişdə qaldı. Yeni baş məşqçimiz var və yeni tarix yazmaq istəyirik. Qələbəni azarkeşlərə həsr edirik. Onlar da bizim kimi çətin dönəmdən keçdi. Fanatlarımız bu qələbəyə layiqdirlər”.
© Copyright 2026, All Rights Reserved