Norveç Futbol Federasiyası Qəzzaya yardım edəcək
Norveç Futbol Federasiyasından Qəzzaya dəstək addımı atılır.
90plus.az xəbər verir ki, Norveç Futbol Federasiyası DÇ-2026-nın seçmə mərhələsində İsrailə qarşı keçiriləcək oyunun bütün bilet satışından əldə edilən gəliri Fələstinə ianə edəcək.
Federasiyanın açıqlamasına görə, bu qərarın məqsədi bölgədəki humanitar böhrana diqqət çəkməkdir.
Norveç mediası yazır ki, federasiyanın bu jesti həm ölkə daxilində, həm də beynəlxalq futbol ictimaiyyəti tərəfindən müsbət qarşılanıb.
© Copyright 2026, All Rights Reserved