Norveçdən İtaliyaya ağır zərbə: 3-0 hesablı qələbə
2026 Dünya Çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin I qrupunda üçüncü turun ən maraqlı qarşılaşmalarından biri Norveç və İtaliya arasında baş tutdu.
90plus.az xəbər verir ki, oyun ev sahibi Norveçin inamlı və sarsıdıcı 3-0 hesablı qələbəsi ilə yekunlaşdı.
Norveç oyunun əvvəlindən təşəbbüsü ələ aldı və hesabı erkən açdı. Matçın 14-cü dəqiqəsində Aleksandr Sörlot komandasını önə keçirdi. Hücumlarını davam etdirən Norveç 34-cü dəqiqədə Antonio Nusanın qolu ilə fərqi iki topa yüksəltdi. İlk hissənin sonlarında isə komandanın ulduz futbolçusu Erling Haaland 42-ci dəqiqədə vurduğu qolla oyunun yekun nəticəsini müəyyənləşdirdi – 3:0.
Bu nəticə ilə Norveç qrupda xallarını 9-a çatdıraraq liderliyini möhkəmləndirdi. Qrupdakı ilk oyununa çıxan İtaliya isə böyük məğlubiyyətlə turnirə pis start verdi və hələlik xal toplaya bilmədi.
Növbəti turda İtaliya öz meydanında Moldova ilə qarşılaşacaq. Norveç isə səfərdə Estoniya ilə üz-üzə gələcək.
© Copyright 2026, All Rights Reserved