Nuno Mendeş: “Daha çox qol vura bilərdik”
Nuno Mendeş: “Almaniyanın təziyiqini yaxşı idarə etdik – daha çox qol vura bilərdik”.
90plus.az xəbər verir ki, Portuqaliya millisinin müdafiəçisi Nuno Mendeş UEFA Millətlər Liqasının yarımfinalında Almaniyaya qarşı qazandıqları 2:1 hesablı qələbədən sonra komandasının çıxışını yüksək qiymətləndirib. O, xüsusilə müdafiə xəttində göstərilən dayanıqlılıq və oyunun əsas anlarının düzgün idarə olunmasına diqqət çəkib.
UEFA-ya verdiyi açıqlamada Mendeş bildirib:
“Çox yaxşı oyun keçirdik, xüsusilə müdafiədə. Çətin anlarda necə dözməli olduğumuzu bilirdik, onların oyun tərzini yaxşı analiz etmişdik. Bilirdik ki, topa nəzarət edə bilirlər və boşluqlara hücum etməkdə ustadırlar. Çox keyfiyyətli futbolçuları var, lakin biz bu təzyiqi yaxşı idarə etdik və əks-hücumlarla cavab verdik.”
Kriştiano Ronaldonun qalibiyyət qoluna assist edən Mendeş Portuqaliyanın hücum səmərəliliyinə də toxunub:
“İki qol vurduq, amma daha çox vura bilərdik. Çikonun bir epizodda qapı qarşısında əla şansı oldu, amma fərqlənə bilmədi. Hər halda, qələbəyə görə çox sevinirik. İndi isə diqqətimizi növbəti oyuna yönəltməliyik.”
PSJ klubunun futbolçusu Portuqaliyanın hesabda geri düşdükdən sonra verdiyi reaksiya barədə: “Hər zaman düşünürəm ki, qol buraxmaq bizi daha da motivasiya edir – irəli getmək, oyunumuzu oynamaq üçün. Azarkeşlərin dəstəyi də bizim üçün çox önəmli oldu. Qələbəyə aparan yolda onların rolu böyükdür. Çox sevincliyik.”
Sonda Mendeş Münhendəki Alyans Arena stadionuna olan xüsusi münasibətini də vurğulayıb: “Bu stadion mənim üçün yaxşı xatirələrlə doludur. Çox da keçməyib – burada Parislə Çempionlar Liqasını qazanmışdıq. Bu gün isə Almaniyanı məğlub edib finala yüksəldik. Kimlə qarşılaşacağımızın fərqi yoxdur, biz Portuqaliya olaraq oynayacağıq və qalib gəlmək üçün mübarizə aparacağıq.”
© Copyright 2026, All Rights Reserved