"Nyukasl Yunayted" "Çelsi"ni məğlub etdi, üçüncülüyə yüksəldi
İngiltərə Premyer Liqasının 36-cı turunda "Nyukasl Yunayted", doğma meydanda "Çelsi" ilə qarşılaşıb.
90plus.az xəbər verir ki, "Sports Direct Arena"da baş tutan görüşdə meydan sahibləri 2:0 hesablı qələbə qazanıblar.
"Nyukasl"ın qollarını 2-ci dəqiqədə Sandro Tonali, matçın sonlarında isə 90-cı dəqiqədə Bruno Gimaraeş vurub. "Çelsi"nin seneqallı hücumçusu Nicolas Cekson 35-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq komandasını 10 nəfərlə buraxıb.
Onlar gözlərini Çempionlar Liqasına dikiblər…
Nyukasl 2 - 0 Çelsi
S. Tonali 2’
B. Gimaraeş 90’
Bu nəticə ilə "Nyukasl Yunayted" xallarını 66-ya yüksəldərək turnir cədvəlində 3-cü pilləyə qalxıb. 63 xalı olan "Çelsi" isə 5-ci sırada qalıb.
Növbəti turda "Çelsi" doğma meydanda "Mançester Yunayted"i, "Nyukasl Yunayted" isə səfərdə "Arsenal"ı qəbul edəcək.
© Copyright 2026, All Rights Reserved