Obameyanq “Sent Etyen”də!
Son günlərdə gələcəyi ilə bağlı çox danışılan qabonlu hücumçu Pyer-Emerik Obameyanq iyulun 7-də özünün sabiq klubu “Sent-Etyen”i ziyarət edib.
90plus.az xəbər verir ki, “Sent-Etyen” rəsmi hesablarında Obameyanqın kluba qayıtdığını əks etdirən görüntüləri paylaşıb. 2011–2013-cü illərdə “Loira” bölgəsində çıxış etmiş qabonlu forvard “Stad Joffrua Gişar” stadionunda “yaşıllar”ın heyətində yenidən oynamayacaq.
Əslində, “Barselona”nın sabiq futbolçusu sadəcə köhnə klubuna baş çəkmək üçün gedib. Foot Mercatoya görə, Obameyanqın “Sent-Etyen”də görünməsinin səbəbi onun 2008-ci il təvəllüdlü qardaşı oğlu Enzo Obameyanqın klubda baxışa qatılmasıdır.
© Copyright 2026, All Rights Reserved