Onların dəyəri aşağı düşüb
“Transfermarkt” ən çox dəyəri azalan futbolçuları açıqladı — siyahıya Fil Foden başçılıq edir.
90plus.az xəbər verir ki, "Transfermarkt”ın son bazar dəyəri yenilənməsində dəyəri ən çox azalan futbolçuların siyahısı məlum olub. Siyahının ilk pilləsində “Mançester Siti”nin ulduzu Fil Foden yer alıb.
İngilis yarımmüdafiəçinin bazar dəyəri birbaşa 50 milyon avro azalıb. Siyahıda onu “Real Madrid”in fransız yarımmüdafiəçisi Eduardo Kamavinqa izləyir — onun dəyərində 40 milyon avro azalma qeydə alınıb.
Üçüncü pillədə isə “Aston Villa”nın aparıcı oyunçularından Duqlas Luiz qərarlaşıb. Onun bazar dəyəri də 40 milyon avro aşağı düşüb.
Dəyəri ən çox azalan beş futbolçu arasında “Bayern Münhen”in vingeri Leroy Sane (38 milyon avro azalma) və “Vest Hem”in braziliyalı yarımmüdafiəçisi Lukas Paketa (37 milyon avro azalma) da yer alıb.
Dəyəri ən çox azalan futbolçular:
© Copyright 2026, All Rights Reserved