Oyun zamanı futbolçunun ürəyi tutdu
ABŞ-ın Qadınlar üçün Milli Futbol Liqasının (NWSL) komandalarından biri olan "Angel Siti" klubunun oyunçusu Savanna Kinq "Yuta" ilə qarşılaşma zamanı özündən gedib.
90plus.az xəbər verir ki, hadisə ikinci yarının sonlarına yaxın baş verib.
Yerlə təmasdan sonra 20 yaşlı futbolçunun ürəyinə masaj edilib və ayıldıqdan sonra xəstəxanaya çatdırılıb. Klub sosial media hesablarında futbolçunun yaxın günlərdə əlavə tibbi yoxlanışdan keçəcəyini bildirib.
Qısa fasilədən sonra davam etdirilən qarşılaşma "Angel Siti"nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Xatırlatma: Savanna Kinq ABŞ-ın 17 və 20 yaşadək qadın yığmalarının heyətində çıxış edib.
© Copyright 2026, All Rights Reserved