Papu Qomes meydanlara dönür
Papu Qomes peşəkar futbola qayıdır — Seriya B klubu ilə razılıq əldə olundu.
90plus.az xəbər verir ki, tanınmış argentinalı futbolçu Papu Qomes peşəkar futbola geri dönür. Fabrizio Romanonun məlumatına görə, 37 yaşlı yarımmüdafiəçi İtaliya Seriya B təmsilçisi “Padova” ilə müqavilə imzalamağa hazırdır. Razılaşmanın bütün detallarının artıq yekunlaşdığı bildirilir.
Qomes karyerası boyunca “Atalanta” və “Sevilya”da göstərdiyi uğurlu çıxışı ilə tanınıb. Argentinalı futbolçu “Atalanta”da kapitan kimi mühüm rol oynayıb, “Sevilya” ilə isə Avropa Liqasının qalibi olub.
“Padova” rəhbərliyi təcrübəli oyunçunun təcrübəsindən maksimum yararlanmağı planlaşdırır və yeni mövsümdə Seriya A-yə vəsiqə uğrunda mübarizəni gücləndirməyi hədəfləyir.
© Copyright 2026, All Rights Reserved