Paris-2024: Azərbaycan təmsilçiləri! Tam siyahı
İyulun 26-sı start götürəcək Paris-2024 Yay Olimpiya Oyunlarında Azərbaycan 48 idmançı ilə təmsil olunacaq.
90plus.az xəbər verir ki, 48 təmsilçi ilə 48-ci olan Azərbaycan 17 idman növündə Parisdə iştirak edəcək:
Güləşdə 12 (sərbəst – 6, yunan-Roma – 5, qadın – 1), cüdoda 9, gimnastikada 7 (bədii – 6, batut – 1), boksda 5, basketbolda 4, badmintonda və üzgüçülükdə 2 idmançımız Fransa paytaxtında mübarizə aparacaq. Atletika, qılıncoynatma, taekvondo, atıcılıq, triatlon, avarçəkmə və kamandan oxatmada bir təmsilçimiz yarışa qatılacaq.
Yarışda ölkəmizi təmsil edəcək idmançıların siyahısı:
Badminton
Edi Reski Dviçayo (kişilər, fərdi)
Keişa Fatimə Zəhra (qadınlar, fərdi)
Bədii gimnastika
Zöhrə Ağamirova
Qrup hərəkətləri komandası (Ləman Əlimuradova, Kamilə Əliyeva, Yelizaveta Luzan, Güllü Ağalarzadə və Darya Sorokina)
Batut gimnastikası
Selcan Maqsudova
Sərbəst güləş
Əliabbas Rzazadə (57 kq)
Hacı Əliyev (65 kq)
Turan Bayramov (74 kq)
Osman Nurmaqomedov (86 kq)
Maqomedxan Maqomedov (97 kq)
Giorgi Meşvildişvili (125 kq)
Yunan-Roma güləşi
Murad Məmmədov (60 kq)
Həsrət Cəfərov (67 kq)
Sənan Süleymanov (77 kq)
Rafiq Hüseynov (87 kq)
Sabah Şəriəti (130 kq)
Qadın güləşi
Mariya Stadnik (50 kq)
Atletika
Anna Skidan, çəkicatma
Boks
Nicat Hüseynov (51 kq)
Malik Həsənov (63,5 kq)
Murad Allahverdiyev (80 kq)
Alfonso Dominqes (92 kq)
Məhəmməd Abdullayev (+92 kq)
Taekvondo
Qaşım Maqomedov (58 kq)
Atıcılıq
Ruslan Lunyov (10 m, pnevmatik tapança)
Basketbol
Qadın yığması, 3x3 növü
Avarçəkmə
Diana Dımçenko, (2000 m, akademik avarçəkmə)
Triatlon
Rostislav Pevtsov
Qılıncoynatma
Anna Başta, (sablya)
Kamandan oxatma
Yaylagül Ramazanova
Üzgüçülük
Məryəm Şeyxəlizadəxangah
Ramil Vəlizadə
Cüdo
Balabəy Ağayev (kişilər, 60 kq)
Yaşar Nəcəfov (kişilər, 66 kq)
Hidayət Heydərov (kişilər, 73 kq)
Zelim Tçkayev (kişilər, 81 kq)
Elcan Hacıyev (kişilər, 90 kq)
Zelim Kotsoyev (kişilər, 100 kq)
Uşanqi Kokauri (kişilər, +100 kq)
Leyla Əliyeva (qadınlar, 48 kq)
Gültac Məmmədəliyeva (qadınlar, 52 kq)