Pirlo "Yunayted"lə razılaşdı
90plus.az xəbər verir ki, İtaliyalı məşqçi Andrea Pirlo bir illik fasilədən sonra yenidən məşqçiliyə qayıdıb. Son olaraq "Sampdoriya" klubunda çalışan Pirlo sürpriz qərarla Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi "Dubay Yunayted" ilə anlaşıb.
"Dubay Yunayted" klubundan verilən rəsmi açıqlamada deyilir:
"Komandamızın yeni baş məşqçisi kimi Andrea Pirlonun təyinatını elan etməkdən məmnunluq duyuruq. 'Yunayted'ə xoş gəlmisən, Andrea!"
46 yaşlı mütəxəssis 2022–2023 mövsümündə Türkiyənin "Fatih Karagümrük" klubunda çalışmış, ötən mövsüm isə İtaliyanın "Sampdoriya" komandasında baş məşqçi vəzifəsini icra etmişdi.
Andrea Pirlonun yeni macərası, xüsusilə ərəb futboluna olan marağın artdığı bir dövrdə böyük maraq doğurub.
© Copyright 2026, All Rights Reserved