Pol Poqba Fransa millisində oynamaq istəyir
“Monako”nun yeni transferi Pol Poqba Fransa millisində yenidən oynamaq arzusunu dilə gətirib. Bu barədə RMC Sport məlumat yayıb.
90plus.az xəbər verir ki, zarafatla baş məşqçi Didye Deşamla söhbətini xatırladan Poqba deyib: “Bəli, onunla danışdım – dedi ki, ‘Monako ilə müqavilə imzaladın? İstədiyin vaxt qayıt’… Yox, zarafat edirəm. Mən hələ birinci mərhələdəyəm: əvvəlcə meydana qayıtmalı və formamı bərpa etməliyəm.
Milliyə düşmək üçün klubda yaxşı oynamalıyam. Orada güclü rəqabət və möhkəm heyət var, ona görə yerimi qazanmalıyam. Fransa millisində oynamaq bir arzudur, bir bonusdur. Hətta 30 qol vursam da, son qərarı məşqçi verir”, – deyə Poqba bildirib.
32 yaşlı futbolçu ötən mövsüm çox az oyun praktikası qazandığı üçün karyerasını “Monako”da pulsuz transferlə bərpa etməyi hədəfləyir.
© Copyright 2026, All Rights Reserved