Poqba: "Mourinyo ilə sevgili kimi idik"
Pol Poqba keçmiş baş məşqçisi Mourinyo haqqında danışıb.
90plus.az xəbər verir ki, cəzası 18 aya endirildikdən sonra martda meydanlara qayıdacaq olan Poqba yerli mediaya maraqlı açıqlamalar verib:
"Fənərbağça"nın baş məşqçisi Xose Mourinyo ilə 2016-cı ildə birgə çalışmış Pol Poqba:
"Əlaqəmiz bir cütlüyün münasibəti kimi idi. Daim ayrılıb barışırdıq. Hər şey möhtəşəm başladı, "Mançestir"ə geri dönməyimin səbəblərindən biri də bu idi. Onunla danışdım və o, məni geri dönməyə inandırdı. Bu münasibətin necə bir kabusa çevrildiyini və aramızda davamlı bir mübahisəyə çevrildiyini tam olaraq bilmirəm. Mən mübahisə etmədim. Mübahisəni mən başlatmadım. Hər bir baş məşqçi və oyunçu kimi anlaşmazlıqlarımız oldu, amma ona çox hörmət edirəm və sabah onu görsəm, böyük bir qucaqlıq edərdim. Amma bir gün bir yerdə oturub bu mövzunu danışmağımız lazım gələcək."
© Copyright 2026, All Rights Reserved