Poqba türkiyəli futbolçunu təriflədi
Fransız ulduz Pol Poqba, "Yuventus"da komanda yoldaşı Kənan Yıldız haqqında tərif dolu sözlər söyləyib.
90plus.az xəbər verir ki, "Daily Mail"ə danışan 31 yaşlı futbolçu, türkiyəli ulduzu bəyəndiyini bildirib.
"DÜNYANIN ƏN YAXŞI GƏNCLƏRİNDƏN BİRİ"
İtalyan nəhəngi "Yuventus"da bu mövsüm 10 nömrəli forma Kənan Yıldıza verilib.
Poqba, komanda yoldaşı Kənan Yıldız üçün, "Kənan Yıldız, 10 nömrəli formanı haqq edir. Hazırda dünyanın ən yaxşı gənclərindən biridir. Kənanı ilk dəfə məşqdə gördüyümdə, 'Aman Allahım, bu uşağın A komanda heyətində daimi qalması lazımdır' dedim. Onu sevirəm, o, xüsusi biridir." ifadələrini işlədib.
Türkiyə Milli Komandasının əvəzolunmaz oyunçularından olan Kənan Yıldız bu mövsüm "Yuventus"da 9 oyunda forma geyinib və 1 qol, 2 assistlik töhfə verib.
© Copyright 2026, All Rights Reserved